TERMİK EKVATOR

(yun. Therme-istilik və ekvator) Yer kürəsində havanın illik və müəyyən aylıq (yanvar və iyul) orta temperaturunun ən yüksək olduğu xəttə deyilir. Bu tərifə görə T.e. yanvarda coğrafi ekvator ilə uyğun gəlir (orta temperatur təqribən 260-dir), iyulda 20-250 şm. e. Arasında yerləşir (orta temperatur təqribən 280); ililk orta T.e. isə 100 şm.e. üzərinə düşür (temperatur 26-270).
TERMIK ANOMALIYA
TERMİK KÜLƏKLƏR
OBASTAN VİKİ
Ekvator
Ekvator — şimal və cənub yarımkürələri bir-birindən ayıran, yerin mərkəzindən keçən oxun fırlanma oxuna perpendikulyar müstəvi üzərində yerləşən xəyali dairəvi xətt, ən uzun paralel. Qvineya körfəzində Qrinviç meridianı ilə kəsişir. Ekvator xəttinin uzunluğu 40 min 76 kilometrdir. O yeganə ən böyük en çevrəsidir və onun coğrafi eni 0°-dır. Ekvator xətti Yerin forması sayəsində göyə ən yaxın nöqtəsidir. Eyni zamanda, dəniz səviyyəsinin ən yüksək nöqtəsi ekvatordur.
Termik neftçıxarma
Termik neftçıxarma - neft laylarına istilik (elektrik enerjisi, buxar, qızdırılımış su) verməklə neftin Yer səthinə qaldırılması üsulu. Termik neftçıxarmadan əsasən, kiçik təzyiqli və yüksək özlülüklü nefti olan layların işlənməsində istifadə olunur.
Termik qradiyent
Üfüqi və ya şaquli istiqamətdə müəyyən məsafə vahidində temperaturun dəyişilməsidir. Yer səthində üfüqi termik qradiyentin kəmiyyəti təqribən 100 km-də 1 dərəcə, troposferdə şaquli termik qradiyent isə təqribən 100 m- də 0,6 dərəcədir.